Demə ki, qorxuram

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 306
Cild Tipi:
Baxılıb: 3449 dəfə

10.50 AZN 9.45 AZN

    Demə ki, qorxuram kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 10.50 AZN 9.45 AZN AZN'ə satılır. Endirimi ilə Demə ki, qorxuram kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Demə ki, qorxuram Kitabı Haqqında

    Bu roman gerçək həyat hekayəsi əsasında yazılıb. Somalidən olan gənc qız risk edir, həyatını təhlükəyə atır, olimpiadada iştirak etmək üçün miqrant kimi Avropaya səfər edir.
    Hələ 8 yaşından Samiyənin əsas məqsədi qaçmaqdır. O, arzusunu ən yaxın dostu və qonşusu Əli ilə bölüşür. Əli onun “peşəkar məşqçisi” olmağı boynuna götürür. 8 yaşlı Əli onunla məşq edir, onu həvəsləndirir. Samiyənin qaçmaq şövqü hər iki uşaq üçün Somalidəki ağır həyatda bir işıq rolunu oynayır. Samiyə qoçaqdır, istedadlıdır, Somalidən olan məşhur atlet Mo Fara kimi ölkəsini olimpiadada təmsil etmək istəyir.
    Samiyə ilə Əli bir neçə il gecələr boş stadionda məşq edirlər, çünki ölkədə müharibə başlayıb, gərginlik artıb. İdman ləvazimatları olmasa da, müharibə şəraitində, Somali qadınlarına qarşı sərt qadağaların tətbiq edildiyi bir vaxtda Samiyə dünya səviyyəli bir atlet olur. O, hələ yeniyetmə ikən ölkəsini 2008-ci il Pekin olimpiadasında təmsil edir. Yarışda finiş xəttinə ən sonuncu çatır, Veronika Kempbell-Braun kimi məşhur atletlər isə finişə birinci çatıb bütün stadionu ayağa qaldırır. Samiyə qarşısına 2012-ci il London olimpiadasında iştirak edib uğur qazanmaq məqsədi qoyur. Somalidə isə vəziyyət gündən-günə pisləşir. Samiyə miqrantlar kimi Afrikadan və Aralıq dənizindən keçib Avropaya getmək istəyir. Milyonlarla miqrant kimi o da xoşbəxt gələcək naminə həyatını təhlükəyə atıb qorxunc dəniz səfərinə çıxır və…
    Cəsur bir qızın unudulmaz həyat hekayəsindən bəhs edən bu kitab həm də qlobal böhrana açılan bir pəncərədir.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov