II Nikolay. Sonuncu çar

Yazar:
Janr və Kateqoriya:
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 314
Cild Tipi:
Baxılıb: 1061 dəfə

13.00 AZN 11.70 AZN

    II Nikolay. Sonuncu çar kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 13.00 AZN 11.70 AZN AZN'ə satılır. Endirimi ilə II Nikolay. Sonuncu çar kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    II Nikolay. Sonuncu çar Kitabı Haqqında

    Rusiya tarixində ən əlamətdar hadisənin – çarizmin devrilməsinin mahiyyətini anlamaq üçün sonuncu çar II Nikolayın (1868-1918) bioqrafiyası çox mühüm mənbədir.
    Nikolay 26 yaşında taxta çıxıb. O, nə qədər vicdanlı, dürüst və vətəninə bağlı insan olsa da, bir o qədər də zəif, mövhumatçı və qətiyyətsiz biri idi. Zəif xarakterli birinin minbir çətinliyə və təzyiqlərə rəğmən 23 il taxtda qalması əslində möcüzə idi. Lakin bütün çatışmazlıqlarına rəğmən Nikolayın müsbət cəhətləri də az deyildi. Müasirlərindən fərqli olaraq, biz Nikolayın məşəqqətli şəxsi həyatından xəbərdarıq. Onun bəzi səhvlərini bağışlamaq bizim üçün bəlkə də elə buna görə asandır. Bəzilərinin nəzərində Nikolay sadəcə bir əbləhdir, başqaları isə onu qandan doymayan bədheybət kimi təsəvvür edir. Lakin çoxlarının nəzərində o, məhdud imkanlar çərçivəsində mütərəqqi ideyaları həyata keçirməyə çalışan ədalətli hökmdar və qızıl qəlbli insan olaraq qalır.
    O, ailəsinə çox bağlı idi. Nikolayla Aleksandranın izdivacı sevgi üzərində qurulmuşdu. Sevgilərinə də ömürlərinin sonuna kimi sadiq qaldılar. Onların dörd qızı var idi. Nikolayın yeganə oğlu – imperiya ailəsinin və bütün Rusiyanın böyük ümid bəslədiyi uşaq irsi xəstəlik səbəbindən əlil idi. Çareviçin xəstəliyi Rusiyadan və dünyadan uzun müddət gizlədilmişdi. Məhz oğlunun sağalmaz xəstəliyə mübtəla olması fırıldaqçı Rasputinin imperiya ailəsinə ayaq açmasına şərait yaratmışdı. Bu isə Romanovlar sülaləsinin süqutunu tezləşdirdi.
    Bu kitabda hər şeydən – eşq-məhəbbətdən, faciədən, yüksəlişdən, süqutdan, cah-calaldan, səfalətdən, bəşər övladının acizliyindən, Rusiyanı, eləcə də bütün dünyanı silkələyən, təkcə çar üsul-idarəsini məhv etməklə kifayətlənməyib Avropa monarxiyalarının parlaq dövrünə son qoyan qlobal fəlakətdən bəhs edilir.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov