İkimiz

Yazar:
Janr və Kateqoriya: , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 168
Cild Tipi:
Baxılıb: 4658 dəfə

7.00 AZN 6.29 AZN

    İkimiz kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 7.00 AZN 6.29 AZN AZN'ə satılır. Endirimi ilə İkimiz kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    İkimiz Kitabı Haqqında

    Pərviz Seyidlinin əsərlərinin əsas qəhrəmanı uçurumlardır: insanlar arasında, ürəklər arasında, düşüncələr arasındakı uçurumlar. Onun tənha qəhrəmanları bütün varlığı ilə bu uçurumları adlamağa çalışır, lakin heç nə alınmır. Əlbəttə, uçurumlar reallıqda deyil, bizim beynimizdədir, əgər beynimizdəki uçurumları dəf edə bilsək, həyatdakı uçurumlar bizə su şırnağından da kiçik görünəcək.

    İlqar Fəhmi

    Pərvizin “Bayatı-Şiraz” adlı kinossenari formasında qələmə alınmış kiçik bir hekayəsini oxumamışdan əvvəl düşündüm ki, görəsən, Yusif Səmədoğlunun eyniadlı məşhur hekayəsindən sonra nə yazıb? Və tamam fərqli bir dünyayla qarşılaşdım… Pərviz Seyidli kino-serial təcrübəsini bədii nəsrə çevirməyi bacaran bir yazıçıdır.

    Şərif Ağayar

    Bütün yaxşı yazıçılar sehrkar və hiyləgər olurlar. Pərviz hekayələrində alternativ dünyanı ustalıqla qurur və oxucu onun “hiyləgər”liyinə aldanıb son cümləyə qədər mətni oxumağa məcbur olur. Orxan Pamukun iki kateqoriyaya böldüyü “saf və düşüncəli” yazıçı Pərvizdə birləşir. Gənc olmasına baxmayaraq, Pərviz artıq prozanın incəliklərinə kifayət qədər bələd olan yazıçıdır.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov