Kirpi dumanda

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 104
Cild Tipi:
Baxılıb: 2532 dəfə

6.00 AZN 5.39 AZN

    Kirpi dumanda kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 6.00 AZN 5.39 AZN AZN'ə satılır. Endirimi ilə Kirpi dumanda kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Kirpi dumanda Kitabı Haqqında

    Söz, yaxşı söz, yaxşı deyilmiş yaxşı söz dünyanın ən sehrli iksiri kimi həmişə daxilimizdəki xıltı təmizləyir, ruhumuzu saflaşdırır. Böyük rus nağılçısı Sergey Kozlovun “Kirpi dumanda” əsəri də oxuculara “böyük qayıdış” vəd edir. Yaşımızdan, əhvalımızdan asılı olmayaraq, belə əsərlər vərəqləndiyi bütün məqamlarda məsumluq dadır.

    Tikanları hələ itiləşməmiş balaca Kirpinin müdrik fikirləri, toppuş, sevimli Ayının sadədilliyi təkcə uşaqların yox, bütün oxucuların dünyasına xüsusi bir rəng qatıb, dostların və dostluğun ömrümüzə necə xoşbəxtlik saçdığını xatırladacaq…

    Təbiətdən qopmuş, daş evlərə sığınmış, pilləkənlərlə, mərtəbələrlə ayağını yerdən üzmüş müasir insan bu kitabı oxumaqla yenidən günəşin, dağın, otların “səsini” eşidəcək, bundan zövq alacaq.

    Özündə fəlsəfi fikirlər, ülvi hisslər daşıyan, səmimi dostluğun ən incə çalarlarını ehtiva edən “Kirpi dumanda” əsəri kiçikdən-böyüyə hamının kitabıdır.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov