Kitab oğrusu

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 592
Cild Tipi:
Baxılıb: 5453 dəfə

14.00 AZN 12.59 AZN(BestSeller)

    Kitab oğrusu kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 14.00 AZN 12.59 AZN AZN'ə satılır. Endirimi ilə Kitab oğrusu kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Kitab oğrusu Kitabı Haqqında

    Müharibə mövzusu nə qədər ağır olsa da, dünya ədəbiy­ya­tında ən çox işlənmiş mövzulardan biridir. İnsan həyatının dəyəri bir güllənin qiymətinə düşəndən sonra bütün digər dəyərlərin məhv olması labüddür, çünki bütün dəyərlərin başında ilk öncə İNSAN dayanır.
    Markus Zusak «Kitab oğrusu»nu ölümün dilindən səslən­dirir. Hamının qəbul etdiyi yeganə gerçəklik – ölüm insanlara mənəvi dəyərləri aşılamağa çalışır.
    «Mən onları qucağıma alıb daşıdığım zaman göylər qırmızı rəngə boyanmışdı»… Bütün əsər boyu biz ölümün rənglər vasitəsilə fikrini izah etməyə çalışdığının şahidi oluruq. Cansıxıcı mənzərələr müharibə ovqatını əsərin sonuna qədər bizim içimizdə saxlayır.
    Bütün bu dağıdıcı qüvvənin qarşısında cılız bir alman qızcığazı – Lizel dayanıb. O, kitab oğrusudur. İnsan maskası taxmış vəhşilər insan həyatını oğurlayan zaman bu qızcığaz onların evindən kitab oğurlayır. Müəllifin nə söyləmək istədiyini anlamaq o qədər də çətin deyil. Qlobal cinayətin qarşısını almaq üçün «söz»ə ehtiyac var. Söz olan yerdə əməl də olacaqdır. Bəlkə də, çox gec olacaq, ancaq mütləq olacaqdır.
    Qaranlıq əzab tunelinin sonunda hər zaman bir işıq var. Müəllif bu işığa çatmaq üçün cəhalət tonqalından oğurlanmış kitabı uşağın qucağına sıxır. Nəticədə Lizel, cılız bədənli kitab oğrusu əsərin ortasından qırmızı xətt kimi keçərək ölümün oğrusuna çevrilir.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov