Mərtəbələr

Yazar:
Janr və Kateqoriya: , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 284
Cild Tipi:
Baxılıb: 16152 dəfə

6.90 AZN 6.20 AZN(BestSeller)

    Mərtəbələr kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 6.90 AZN 6.20 AZN AZN'ə satılır. Endirimi ilə Mərtəbələr kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Mərtəbələr Kitabı Haqqında

    İbrahimi xoşbəxt ailə başçısı, bəxti gətirmiş kişi saymaq olar. Özü ali təhsilli müəllim olsa da, ailəsini daha yaxşı dolandırmaq üçün işini buraxıb taksi sürür. Həyat yoldaşı Fəridə, dərslərini yaxşı oxuyan iki ağıllı övladı və anası ilə birgə ehtiyac içində də olsa, hər halda şad-xürrəm yaşayır. İbrahimə ən çox qol-qanad verən də elə Fəridədir. Orta məktəbdə müəllimə işləyən Fəridə İbrahimi çox sevir, onun ailəsi naminə fədakarlığına, hər əziyyətə qatlaşmasına yüksək dəyər verir. Özü də çətinlikdən, zəhmətdən çəkinmir, güzəranlarını yaxşılaşdırmaq üçün bacardığı hər işin qulpundan yapışır. Amma bu sadə, zəhmətkeş və xoşbəxt ailənin dincliyi uzun sürmür. Bədbəxtlik bu ailəyə Fəridənin Rusiyada yaşayan bacısı Cəmilə ilə birlikdə gəlir. Cəmilənin əri Akif var-dövləti başından aşan iş adamıdır. İki bacının ailəsi bir ay eyni mənzildə yaşamalı olur. Bu bir ayda Fəridə də dəyişir, uşaqları da… Qonaqlar çıxıb gedəndən sonra o zəhmətkeş, gözü-könlü tox və qürurlu müəllimədən, o ağıllı uşaqlardan əsər-əlamət qalmır. Bacısına həsəd aparan, amma Cəmilənin əri Akifi bu mərtəbəyə qaldırmaq üçün neçə yad kişi ilə oturub-durduğunu bilməyən Fəridə evdə hər gün pul davasına çıxır. Uşaqları da “müəllimə” analarına baxıb atalarından üz döndərir. İbrahim çıxış yolu tapmağa çalışır və məşum bir qərar verir…


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov