Pinokkionun macəraları

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 192
Cild Tipi:
Baxılıb: 2132 dəfə

4.99 AZN 4.49 AZN(BestSeller)

    Pinokkionun macəraları kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 4.99 AZN 4.49 AZN AZN'ə satılır. Endirimi ilə Pinokkionun macəraları kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Pinokkionun macəraları Kitabı Haqqında

    «Pinokkio» dünya ədəbiyyatının gülməli və eyni za­man­da tə­sirli əsərlərindən biridir. Onun vətəni İtaliyadır. Uzunburun taxta kukla – Pinokkio obrazının məhz İtaliyada yaranması isə heç də təəccüblü deyil. Çünki İtaliya kukla və maska teatrlarının vətənidir. “Pinokkionun macəraları” romanı «Don Kixot», «Qulliver» və s. ölməz əsərlər kimi çox məşhurdur. «Pinokkio» başdan-ayağa cazibə, optimizm və insanlara qarşı sevgi hissiylə doludur. Karlonu dünyaya tanıdan və ilk adı “Oyuncaq hekayəsi” olan bu roman “Yalan da­nışmaq bir uşağın sahib ola biləcəyi ən pis xüsusiyyətdir” fikri əsasında qələmə alınıb.
    Dözümsüz, xeyirxah, hazırcavab, ağılsız, səfeh, uzun­qulaq kimi axmaq, keçi kimi inadkar, ağlağan, güləyən, xud­bin və comərd xüsusiyyətləri özündə cəmləşdirən taxtaburun Pinokkionu bütün dünyada tanıyırlar, xüsusən uşaqlar bu nağıl qəhrəmanını çox sevir. Çünki bu fantastik romanın cazibəsi hər şeydən əvvəl onun insan xarakterlərinin real təsvirindədir. Obrazlar oxucuya gündəlik həyatdan tanışdır.
    Dünya uşaq ədəbiyyatının ilk nümunələrindən sayılan və ilk dəfə 1883-cü ildə kitab şəklində nəşr edilən bu roman indiyə kimi 240 dilə tərcümə edilib. Romanın tərbiyəvi əhə­miyyəti ondan ibarətdir ki, uşaqlar Pinokkionun nadinc­liyindən, yaramazlığından başına gələn hadisələri oxuyub ibrət götürür, yaxşı insan olmağa can atırlar.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov