Poçt idarəsi

Yazar:
Janr və Kateqoriya: ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 224
Cild Tipi:
Baxılıb: 3954 dəfə

5.99 AZN 5.39 AZN

    Poçt idarəsi kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 5.99 AZN 5.39 AZN AZN'ə satılır. Endirimi ilə Poçt idarəsi kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Poçt idarəsi Kitabı Haqqında

    “Poçt idarəsi” 12 ilə yaxın poçtda işləmiş Bukovskinin ilk romanıdır. 1970-ci ildə naşir dostu Con Martinin təkidi ilə işdən ayrılan 49 yaşlı Çarlz romanın əlyazmasını 3 həftədən sonra nəşriyyata təqdim edir. 1971-ci ildə işıq üzü görən “Poçt idarəsi” Bukovskinin beş avtobioqrafik əsərindən birincisi sayılır. Hər beş əsərin qəhrəmanı (“antiqəhrəman”) yazıçının özünü canlandırdığı Henri (“Hank”) Çinaskidir. Çinaski “Poçt idarəsi”ndə qarşımıza alkoqola meyilli və çılğın bir gənc kimi çıxır. Romanda poçt idarəsindəki iş mühiti, müxtəlif xarakterli obrazlar, cəmiyyətin eybəcərlikləri, Çinaskinin dəlisov həyat tərzi, Coysla qısa evliliyi, Betti ilə uğursuz sevgi macərası və Fey ilə ailə həyatı təsvir olunur. Bütün bunlar realda da baş verib. Coys obrazı Bukovskinin birinci arvadı Barbara Fray, Fey isə Frensis Smitdir. Betti də real qəhrəmandır, 1962-ci ildə ölüb. Çinaskinin qızı Marina-Luiza isə elə Bukovskinin qızı Marina-Luiza sayıla bilər.
    Cıdır yarışlarına aludə olan və yetərincə pul qazanan, lakin vaxtaşırı uğursuz həyata görə içkiyə aludə olan Çinaski, nəhayət, həyatını dəyişmək qərarı verir. Ünvanına gələn onlarla xəbərdarlıq məktubunu uzun müddət cavabsız qoyan Çinaski sonda roman yazmaq fikrinə düşür: “Bəlkə roman yazım deyə düşündüm… Sonra oturub yazdım”.
    “Poçt idarəsi” həyata yaxınlığı, müəllifin rəvan və sadə üslubu, səmimiyyəti ilə fərqlənir. Bu roman həm də Amerika ədəbiyyatında fərqli zövq nümunələrindən biri hesab olunur. Di gəl ki, ilk illərdə ABŞ-ın kitab bazarında o qədər uğur qazanmadı – Avropada bestseller olduğu halda.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov