Qırmızı və Qara

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 616
Cild Tipi:
Baxılıb: 2664 dəfə

11.60 AZN 10.45 AZN

    Qırmızı və Qara kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 11.60 AZN 10.45 AZN AZN'ə satılır. Endirimi ilə Qırmızı və Qara kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Qırmızı və Qara Kitabı Haqqında

    “Qırmızı və Qara” romanı XIX əsr fransız ədəbiyyatının görkəmli nümayəndəsi, psixoloji realizm janrının banilərindən biri olan Stendalın (əsl adı Mari-Anri-Beyl – 1783-1842) yaradıcılığının zirvəsi hesab edilir. Romandakı hadisələr 1830-cu il Fransa inqilabından sonrakı dövrdə cərəyan edir.
    Əsərin qəhrəmanı Jülyen Sorel kilsə xadimi olmaq istəyən savadlı, şöhrətpərəst bir gəncdir. Əslində, o heç Allahın varlığına da inanmır, din onun üçün sadəcə olaraq, karyera vasitəsidir. Jülyen ürəyində Napoleona rəğbət bəsləyir və belə hesab edir ki, əgər onun vaxtında doğulsaydı daha yüksək mənsəbə çata bilərdi.
    İndisə zəmanə dəyişdiyinə, cəmiyyətdə üstün mövqelərə nail olmağın yolu yalan və riyakarlıqdan keçdiyinə görə gənc din xadimi yeni oyun qaydalarını məmnuniyyətlə qəbul edir, bu yolda qanlı cinayət törətməkdən belə çəkinməyərək həyatını faciəli sonluqla başa vurur.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov