Qırmızı yaylıqlı qovağım mənim

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 202
Cild Tipi:
Baxılıb: 2473 dəfə

6.00 AZN 5.39 AZN

    Qırmızı yaylıqlı qovağım mənim kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 6.00 AZN 5.39 AZN AZN'ə satılır. Endirimi ilə Qırmızı yaylıqlı qovağım mənim kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Qırmızı yaylıqlı qovağım mənim Kitabı Haqqında

    Bu kitaba dünyanın ən böyük yazıçılarından olan Çingiz Aytmatovun 1963-cü ildə ali ədəbi mükafatlara layiq görülmüş üç povesti – “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü” və “İlk müəllim” povestləri daxil edilib. Üç sehirli əsər, böyüklər üçün üç maraqlı nağıl… Yaşın neçə olur-olsun, dünyanın harasında olursan-ol, Aytmatovu oxumağa başladığın an tamam başqa aləmə düşür, sözün ecazkar sehrinə qapılırsan. Oxucunun duyğularını istədiyi kimi yönləndirmək, onu ağlatmaq, kədərləndirmək və ya sevindirmək yazıçı üçün su içmək qədər asandır. Bu əsərlərdə özünə doğma olan nələrisə tapır, süjetin içində əriyib itirsən. “Qırmızıyaylıqlı qovağım mənim” povestində İlyasla Aselin sevgisinə, insan mənəviyyatındakı ziddiyyətlərə, sevinc, kədər, ağrı və təəssüfün kollajına tamaşa edəcəyik. “Köşək gözü”ndə xeyirlə şərin əbədi mübarizəsini kiçik insanların kiçik həyatı fonunda izləyəcəyik. Yaşamaq üçün idealların yoxdursa və ya bu idealların xəmiri bayağılıqla yoğurulubsa, Abakirə çevrilir, özün özünə düşmən olursan. “İlk müəllim” povestində müəllim Duyşəndən söhbət açılır. Duyşən elə bir müəllimdir ki, özü oxuyub-yazmağı güclə bacarır, savadı azdır, lakin kənddə təkbaşına məktəbaçır, bildiklərini uşaqlara öyrədir, onların oxuması üçün əlindən gələni edir, hətta canından keçməyə hazır olur. Onun hekayəsini isə bir vaxtlar şagirdi olmuş, indi isə ölkənin ən nüfuzlu alimlərindən olan Altınay danışır. O Altınay ki, Duyşən olmasaydı, həyatı gecə kimi qaranlıq olacaqdı.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov