Sağlam cəmiyyət

Yazar:
Janr və Kateqoriya: ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 368
Cild Tipi:
Baxılıb: 433 dəfə

14.00 AZN 12.60 AZN

    Sağlam cəmiyyət kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 14.00 AZN 12.60 AZN AZN'ə satılır. Endirimi ilə Sağlam cəmiyyət kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Sağlam cəmiyyət Kitabı Haqqında

    Görkəmli sosioloq və psixoloq kimi Fromm müasir cəmiyyətdə sosial patologiyanın formalarını analiz edir və onları özünün həm də “normativ humanizm nəzə­riyyəsi” adlandırdığı “tarixi inkişaf nəzəriyyəsi”ndə kəskin tənqid edir. Passiv və seyrçi-müşahidəçi filosoflardan fərqli olaraq, Fromm sağlam cəmiyyət qurulması üçün yol göstərir. Bu – sosial terapiya metodları ilə cəmiyyətin hu­manistləşdirilməsidir. Fromm xüsusi olaraq vurğulayır ki, sağlam insan yaradılmayınca sağlam cəmiyyət yaratmaq da mümkün deyil və belə bir cəmiyyətin yaradılması üçün konkret layihə təqdim edir. 
    Sağlam cəmiyyətin qurulması metodu – insan xarakterinin BƏŞƏRİ dəyərlərə istiqamətlənməsidir, bu da öz növbəsində yeni bir VARLIĞIN yaranmasına gətirib çıxaracaq. Bu varlığın yaranması üçün insan müstəqil və tənqidi fikrə malik olmalıdır, bu da sonda onun xarakterinin məhsuldar istiqamətə yönəlməsinə gətirib çıxarmalıdır. 
    Frommun fikrincə, məhsuldar oriyentasiya bütün insanlara xasdır, çünki bu onun insani mahiyyətində dərin köklərə malikdir. Təəssüf ki, bu tələbat müasir cəmiyyətə məxsus SAHİBLİK və bazar oriyentasiyaları tərəfindən sıxışdırılır.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov