Susa bilmirəm

Yazar:
Janr və Kateqoriya:
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 304
Cild Tipi:
Baxılıb: 1670 dəfə

10.00 AZN 8.99 AZN

    Susa bilmirəm kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 10.00 AZN 8.99 AZN AZN'ə satılır. Endirimi ilə Susa bilmirəm kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Susa bilmirəm Kitabı Haqqında

    Bu kitabda, başlıca olaraq, Tolstoyun öz sağlığında çapı senzura tərəfindən qadağan olunmuş məqalə və məktubları toplanıb. Bəlli olduğu kimi, Tolstoy ömrünün son illərində özünün dini, fəlsəfi, ictimai-siyasi baxışları ilə bağlı çoxlu əsərlər yazıb və onunla görüşən çağdaşlarının dediyinə görə, bu yazılarını bütün bədii yaradıcılığından, hətta ölməz “Hərb və sülh” romanından üstün sayıb. Bu yazılarına görə Tolstoy dövlət və kilsə tərəfindən təqib olunmuş, sıxışdırılmış, qaragüruh onun üzərinə qaldırılmış, rus kilsəsi Tolstoyu pravoslav-xristian məzhəbindən çıxardığını elan etmişdir. Bütün bunlara baxmayaraq, Tolstoy öz yolundan dönməmiş, sonradan dünyanın bir çox ölkələrinə yayılmış, elə indi də bir sıra izləri qalmaqda olan “tolstoyçuluq” adlı cərəyanın müddəalarının əks olunduğu məqalə və məktublarını öz tanışlıq çevrəsində yaymaqda davam etmiş, imkan düşdükcə Avropanın jurnal və qəzetlərində çap etdirmişdir. Tolstoyun bu düşüncələri bir sıra hallarda bugünkü oxucuya mübahisəli görünsə də, dahi yazıçının qələmindən çıxan və özünün məntiqi-psixoloji dərinliyi ilə seçilən bu yazıların böyük marağa səbəb olacağına inanırıq.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov