Uzaqdan gələn yağış

Yazar:
Janr və Kateqoriya: , , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 224
Cild Tipi:
Baxılıb: 5246 dəfə

8.50 AZN 7.69 AZN(BestSeller)

    Uzaqdan gələn yağış kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 8.50 AZN 7.69 AZN AZN'ə satılır. Endirimi ilə Uzaqdan gələn yağış kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Uzaqdan gələn yağış Kitabı Haqqında

    Yazıçı Varisin “Uzaqdan gələn yağış” romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir.
    İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə – kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır.
    Ən sevimli şagirdi olan Aylanın başına gələnlər Rəhilə xanımı daha çox dəhşətə gətirir. O, Ayla ilə İsmayılın taleyində bütün sevən gənclərin taleyinə təhlükə duyur. Rəhilə xanım zahirən xoşbəxt qadındır. Gözəl ailəsi, uşaqları, yaxşı işi var, çalışdığı məktəbdə hamı tərəfindən sevilir. Amma bu qadının heç kimlə bölüşmədiyi, içində ağır yük kimi gəzdirdiyi bir dərdi var – o, uğursuz ilk məhəbbətini hələ də unuda bilmir. Ona görə də çalışır ki, şagirdlərinə, illah da qızlara sevgi məsələsində düzgün yol göstərsin, onları mümkün yanlış addımlardan çəkindirsin. İstəyir ki, valideynlərə təsir edə bilsin, onların övladları da mələk kimi məsum Aylanın qandonduran nakam taleyini yaşamasın…
    Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov