Alisa güzgü arxasında

Yazar:
Janr və Kateqoriya: , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 160
Cild Tipi:
Baxılıb: 8156 dəfə

3.99 AZN 3.59 AZN(BestSeller)

    Alisa güzgü arxasında kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 3.99 AZN 3.59 AZN AZN'ə satılır. Endirimi ilə Alisa güzgü arxasında kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Alisa güzgü arxasında Kitabı Haqqında

    Lüis Kerollun “Alisa Güzgü arxasında” kitabının, çətin ki, təqdimata ehtiyacı olsun. Onun haqqında eşitməyən kimisə təsəvvür etmək mümkün deyil, çünki bu nağıl uzun illərdir öz populyarlığını qoruyub saxlamışdır. Alisanın macəraları haqqında hekayələr həm uşaqlar, həm də böyüklər tərəfindən sevilə-sevilə oxunur. Uşaq ədəbiyyatı janrına aid olmasına baxmayaraq, bu kitabda onu vərəqləyən hər yaşda oxucu üçün müdrik fikirlər tapılacaqdır. “Alisa Güzgü arxasında” azyaşlılar üçün aydın və maraqlı, böyüklər üçünsə onları düşünməyə vadar edəcək tərzdə yazılmışdır. Müəllif çox böyük məharətlə sözlərlə oynayır, qəribə obrazlar yaradaraq, onların köməyi ilə gizli fikirlərini oxucuya çatdırırdı. Hekayədəki qısa poetik frazalar özündə gizli fəlsəfi məqamları ifadə edir, ona görə də kitab oxucunun düşüncə tərzinə güclü təsir edə bilər.
    Bu dəfə Alisa güzgünün içindən keçib inanılmaz bir ölkəyə – Güzgüarxasına düşmüşdü. Alisanın düşdüyü dünya şahmat lövhəsinə, sakinləri isə ağ və qara rəngli şahmat fiqurlarına bənzəyirdi. Alisa bir xanadan digərinə səyahət edərkən qeyri-adi sehrli varlıqlarla tanış olur. Onun yolu çox həyəcanlandırıcı və son dərəcə maraqlıdır.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov