Böyük ümidlər

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 704
Cild Tipi:
Baxılıb: 3118 dəfə

20.00 AZN 16.99 AZN

    Böyük ümidlər kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 20.00 AZN 16.99 AZN AZN'ə satılır. Endirimi ilə Böyük ümidlər kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Böyük ümidlər Kitabı Haqqında

    “Bütün ingilis dünyası Dikkensi sevir; 19-cu əsrdə dünyanın heç bir yerində yazıçı ilə onun xalqı arasında bu dərə-cədə dərin qəlbi bağlılıq olmayıb. Bu məşhurluq bir fişəng kimi qəfil partlamış, ancaq heç vaxt sönməmişdir. Dikkens günəş kimi daim dünyaya öz şəfəqlərini saçacaq”. Ştefan Svayq

    Dikkens uşaq yaşlarında səfil həyat tərzi sürüb. Bu iztirablı tale onun bütün yaradıcılığında əks olunub. Onun qəh-rəmanlarının əksəriyyəti kasıb, köməksiz, yetim uşaqlardır. Ancaq o bu sadə uşaqların içindəki burjuaziya tərəfindən aşağılanan təmiz hisslərini ədəbiyyata çevirməyi bacararaq üstündəki tozu təmizləyib cilaladı və ortaya ulduz kimi parlaq, əsrarəngiz əsərlər çıxardı.

    Böyük yazıçının səmadakı ulduzlarından biri də onun “Böyük ümidlər” romanıdır. Mükəmməl süjet xətti, yaddaş-lardan silinməyən qəhrəmanları ilə bütün dövrlərdə oxunan bu roman dünya klassikasının bənzərsiz nümunələrin-dən hesab olunur.

    Əsər 7 yaşlı Pipin ağrı-acılı taleyindən bəhs edir. Dikkens bizə Viktoriya dövrünün bütün o nostalji və qrotesk ab-havasını, əxlaq kanonlarını, insan psixologiyasının dərin qatlarını öz yaradıcı təxəyyülündə yoğurub Pipin “böyük ümidlər”i fonunda təqdim edir.

    Oxucu elə ilk fəsillərdən həyəcanlı bir macəranın içinə daxil olur, ehtiraslı bir maraqla hadisələrin necə bitəcəyini bilmək istəyir.

    Bir sözlə, Ç. Dikkens “Böyük ümidlər” əsəri ilə həm oxucuların, həm də yazıçıların qəlbini fəth etməyi bacarıb.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov