Bütün bunlar nə deməkdir? Fəlsəfəyə qısa bir giriş

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 136
Cild Tipi:
Baxılıb: 2217 dəfə

7.00 AZN 6.30 AZN

    Bütün bunlar nə deməkdir? Fəlsəfəyə qısa bir giriş kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 7.00 AZN 6.30 AZN AZN'ə satılır. Endirimi ilə Bütün bunlar nə deməkdir? Fəlsəfəyə qısa bir giriş kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Bütün bunlar nə deməkdir? Fəlsəfəyə qısa bir giriş Kitabı Haqqında

    Çağımızın məşhur amerikalı filosoflarından olan Tams Neygel fəlsəfənin zehin, əxlaq, siyasət, epistemologiya və s. sahələrində bir çox yeni fikirləri ilə tanınır. Hal-hazırda o, Amerikanın Nyu-York universitetində professor kimi fəaliyyət göstərir. O, araşdırmaları və kitablarına görə dünyanın nüfuzlu fəlsəfi mükafatlarına layiq görülmüşdür.

    Bu kitab düşüncə tarixinə müraciət etmədən hər biri öz-özlüyündə anlaşıla bilən doqquz fəlsəfi problemə birbaşa giriş hesab olunur. Neygel bu kitabda heç bir “izm”ə və böyük filosofların fikirlərinə müraciət etmədən sadə bir dillə mövzunu təhlil etməklə oxucunun özünü mövzulara yaxın hiss etməsini təmin edir. Müəllif problemlərə konkret cavablar verməyərək onları açıq saxlayır və oxucunu düşünməyə vadar edir:

    “Fəlsəfəni öyrənməyə başlamaq üçün ən yaxşı yol fəlsəfi suallar barədə birbaşa düşünməkdir. Fəlsəfənin əsas qayğısı – hamımızın hər gün barəsində düşünmədən istifadə elədiyimiz ən ümumi düşüncələri sorğulamaq və anlamaqdan ibarətdir”.

    “Bütün bunlar nə deməkdir?” kitabı dünyanın 21 dilinə – çin, alman, portuqal, fransız, italyan və s. – tərcümə olunub və nəinki fəlsəfəsever insanları, hətta fəlsəfə ilə əlaqəsi olmayan şəxslərin də marağına səbəb olub. Kitabda həyatın mənası, ölüm, azad iradə, ədalət və bu kimi ən aktual fəlsəfi problemlərdən danışılır.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov