Dəyişikliyin idarə olunması

Yazar:
Janr və Kateqoriya: ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 336
Cild Tipi:
Baxılıb: 1814 dəfə

30.00 AZN 26.99 AZN

    Dəyişikliyin idarə olunması kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 30.00 AZN 26.99 AZN AZN'ə satılır. Endirimi ilə Dəyişikliyin idarə olunması kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Dəyişikliyin idarə olunması Kitabı Haqqında

    “Klassik olanı necə təkmilləşdirmək olar? Onun dərslərini əsrin dörddə biri ərzində yeni təcrübə əsasında yoxlayın; müasir problemlərlə üzləşərkən onun anlayışlarını müxtəlif tədqiqat sahələrinə tətbiq edin… Dr. Adizes bunları “Dəyişikliyin idarə olunması”nda edib. Bu kitab biznesə rəhbərlikdə təkcə konstruktiv dəyişikliyin tətbiqi modeli deyil. O, beynəlxalq münasibətlər, əxlaq və siyasətin, özünəyardımın və ruhi aləmin, ailə sistemləri və qrup dəyişikliklərinin, sülh tədqiqatları və münaqişələrin inkişaf dinamikasına xitab edir. Tətbiq sahəsinin artırılmış genişliyi sayəsində bu anlayışların dərinləşdirilməsi diqqətəlayiq uğurdur”.

    —CEYSON A.SPRİNQS, din, əxlaq və sülh tədqiqatları üzrə dosent, Beynəlxalq Sülh Tədqiqatları üzrə Krok İnstitutu, Notr-Dam Universiteti

    “Məşhur “Dəyişikliyin idarə olunması” kitabının yeni nəşri menecmentin təkmilləşdirilməsi üçün dəyərli tövsiyələr verir. Bu kitab xüsusi hallarda davamlı nəticələr əldə olunması haqda sualları cavablandırır. Dr. Adizesin menecment sahəsindəki aşkar təcrübəsi onun bir müəllif kimi bacarığı ilə tamamlanır. Buna görə də bu kitab oxucular arasında maraqlı müzakirələrə səbəb olacaq”.

    —KƏRİM MƏSİMOV, Qazaxıstan Respublikasının baş naziri

    “Mən Dr. Adizeslə 20 il əvvəl işləməyə başlamışam. Onun metodologiyası zamandan asılı deyil və istənilən dəyişikliyə istənilən yerdə tətbiq oluna bilər. Onun müsahibə formasında yenilənmiş klassik “Dəyişikliyin idarə olunması” kitabı maraqla oxunur. Ağıllı liderlər kitabdakı hikmətlərdən faydalanacaqlar”.

    —LİNN L. ELSENHANS, “Sunoco and Sunoco Logistics” şirkətinin sabiq idarə heyəti sədri və baş icraçı direktoru

    “İdeyalar, insanlar və təşkilatlar şirkətlərin qısamüddətli və uzunmüddətli uğurunu və ya uğursuzluğunu müəyyən edir. Dr. Adizes istənilən təşkilatın davamlı surətdə uğurlu olmasının strategiya və taktikasını tədris edir”.

    —DR. DAN MAYDAN, “Applied Materials” şirkətinin sabiq prezidenti

    “Şəxsi və təşkilati anlayış tapıntıları ilə zəngin olan diqqətəlayiq bir kitab…”

    —FİLİP HAMBURGER, “Maurice & Hilda Friedman”, Kolumbiya Hüquq Məktəbinin professoru

    “Bu kitab hər dövlət xadiminin və şirkət rəhbərinin masası üstündə ola bilər. Problemlərin həllinin və imkanlardan faydalanmağın yollarını göstərən bu kitab həm də uğur əldə etməyə ruhlandırır”.

    —VUJİCA LAZOVİÇ, Monteneqronun baş nazirinin müavini

    “Mən Adizes metodundan 40 ildən çox istifadə etmişəm. Bu müddətdə o bizə illik biznes dövriyyəsini 50 milyon dollardan 4 milyard dollara qaldırmağa imkan verib. Təşkilatda bütün cəhətlərin vacibliyini anlayan balanslaşdırılmış menecment dərsləri uğurumuzun hərəkətverici qüvvəsi olub”.

    —STÜART REZNİK, “The Wonderful” şirkəti

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov