Fayton sevdası

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 204
Cild Tipi:
Baxılıb: 774 dəfə

7.00 AZN 6.30 AZN

    Fayton sevdası kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 7.00 AZN 6.30 AZN AZN'ə satılır. Endirimi ilə Fayton sevdası kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Fayton sevdası Kitabı Haqqında

    Rəcaizadə Mahmud Əkrəmin “Fayton sevdası” əsəri türk ədəbiyyatı tarixinə ilk realist roman kimi düşüb. 1889-cu ildə qələmə alınmış roman XIX əsr Türkiyəsinin qarşısında dayanan ən əsas problemə – avropalaşma, qərbliləşmə, gənclərin tərbiyəsi mövzusuna həsr edilib.
    …Alayarımçıq təhsil almış 23-24 yaşlı Bəhruz bəy bir dövlət məmurunun oğludur. Atası vəfat edəndən sonra ona böyük sərvət, xeyli mülk miras qalır. Bər-bəzək, dəbdəbə aşiqi olan Bəhruz bəy isə onları bir-bir sataraq əyləncəyə xərcləyir. O, Avropa aşiqidir, türk dilini bəyənmir, onu kobud və kasıb dil sayır, cəmiyyət arasında fransızca danışmağa çalışsa da bu dili də yaxşı bilmir. Bütün fikri-zikri əyləncədə olan Bəhruz bəy özünü hamıya kübar biri kimi göstərmək istəyir. Hamıdan seçilmək üçün özünə dəbdəbəli fayton alır, bütün günü heç bir səbəb olmadan faytonda şəhəri gəzir. Bir gün belə gəzinti zamanı bir qız görür, o dəqiqə də aşiq olur, həmin gün ona gül, növbəti təsadüfi görüşündə isə məktub verir. O gündən qızı bir daha görmür. Bəhruz bəyin yalançılıqda ad çıxaran dostu isə ona qızın öldüyünü deyir. Var-dövləti əldən çıxmış gənc dərdə-qəmə batır…
    Tərbiyəvi mövzuda yazılan əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov