Həyatım və işim

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 472
Cild Tipi:
Baxılıb: 3212 dəfə

15.00 AZN 13.50 AZN(BestSeller)

    Həyatım və işim kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 15.00 AZN 13.50 AZN AZN'ə satılır. Endirimi ilə Həyatım və işim kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Həyatım və işim Kitabı Haqqında

    Henri Ford – avtomobil sənayesinin atası, ixtiraçı, mühəndis və sahibkar. O, XX əsrin ən yaxşı biznesmeni idi. İş dünyasındakı ənənəvi qaydaları ləğv edib yeni konsepsiya yaratdı: iş saatını 8 saata endirdi, həftədə 6 yox, 5 günlük iş rejiminə keçdi, işçilərə aylıq yox, saathesabı maaş verdi. O, “mən yalnız xidmət haqqında düşünürəm” deyirdi. İnsanın, öz əmək və qabiliyyətlərinə resurs kimi baxmasının və daim onları təkmilləşdirməsinin tərəfdarı idi.

    • Təhsil haqqında deyirdi: “Təhsilin məqsədi heç də insanın beynini faktlarla doldurmaq deyil. Təhsilin məqsədi insana öz düşüncəsindən necə istifadə etməyi öyrətməkdir”.

    • Reklam haqqında deyirdi: “İstehsalçı satış bitdikdən sonra belə, müştəriylə əlaqəni kəsməməlidir. Əsl iş elə məhz satışdan sonra başlayır. Narazı müştəri ən pis reklamdır”.

    • İqtisadiyyat haqqında deyirdi: “Vətəndaşı inkişaf etdirmədən vətəni inkişaf etdirmək olmaz və bütün yanlış idarə olunmaların cəriməsini ictimaiyyət ödəyir, axı hər şeydən əvvəl ödəniş edən, əziyyət çəkən ictimaiyyətdir”.

    Bu kitabda, mübaliğəsiz, hər şey var: xəyalların arxasınca getmək, iqtisadiyyat, marketinq, menecment, maaş, konveyer üsulu ilə istehsal, təşkilatlanma, innovasiya, motivasiya, idarəetmə, maliyyə, istehlak, dəyər, izafi məsrəf, fərdi və kollektiv məsuliyyət.

    “Həyatım və işim” – dünyada yüzlərcə dəfə nəşr olunan və hələ də aktuallığını itirməyən biznesmenlərin və iş adamlarının stolüstü kitabıdır.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov