Heyvanıstan

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 160
Cild Tipi:
Baxılıb: 698 dəfə

7.00 AZN 6.30 AZN(BestSeller)

Tələbələr Üçün Qiymət: 5.99 AZN

Heyvanıstan kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti tələbə endirimi ilə 5.99 AZN'ə satılır. Tələbə endirimi ilə Heyvanıstan kitabını almaq üçün mağazaya yaxınlaşmaq lazımdır.

Heyvanıstan Kitabı Haqqında

“Malikanə” fermasının tənbəl və əyyaş sahibi Mr. Cons bir gün fermanın heyvanlarını yemləməyi unudur. Heyvanların fermanı ələ keçirmək üçün qaldırdığı növbəti üsyana donuz Napoleon və Uillinqton rəhbərlik edirdilər. Ferma haqsızlığı aradan qaldırmaq və dördayaqlıların mənafeyinə xidmət etmək məqsədi ilə yenidən quruldu. Ancaq zaman keçdikcə üsyanın prinsipləri təhrif olundu və unuduldu. Yeni və gözlənilməz hallar baş qaldırdı… “Heyvanıstan” – yanlış istiqamətlənmiş bir inqilabın tarixi – Corc Orueldən gücün azdırıcı təsirinə satirik baxış.

Əsərdə bəzi şeylərə fikir verilməlidir:
Cons — Sonuncu Rusiya çarı Nikolay;
Qoca Mayor — Karl Marks (və ya Lenin (bir qisim insanların fikrincə));
Napoleon — Stalin;
Snowboll (Qartopu) — Trotski;
[Stalin Trotskini SSRİ-dən qovduğu kimi Napoleon da Snowboll-u fermadan didərgin salır];
Mister Frederik — Hitler;
Mister Wimper — Bernard Şou (və ya Anri Barbüs, Anatol Frans, Linkoln Steffens ola bilər);
[İqtisadi-siyasi blokada illərində Heyvanıstanla qalan dünya arasında əlaqə yaradan mister Wimper isə geniş yayılmış fikrə görə Stalinin totalitar rejimini Qərbdə müdafiə və təbliğ edən Bernard Şou, Anri Barbüs, Anatol Frans, Linkoln Steffens kimi məşhur Avropa intellektuallarının ümumiləşdirilmiş obrazıdır]
Boxer — Staxanov;
uzunqulaq Bencamin — yəhudilər (ümumi təcəssüm);
əl qarğası — ortodoks rus kilsəsi;
ağ keçi — ziyalılar (ümumi təcəssüm);

toyuqlar — qolçomaqlar;
[toyuqların yumurtalarını vermək istəməmələri kollektivləşməyə qarşı mübarizəyə işarədir];
köpəklər — xüsusi xidmət və cəza orqanları;
pişik — qanuni oğrular (ümumi təcəssüm);
qoyunlar — sadə xalq kütləsi;
göyərçinlər — sovet təbliğatının rəmzləri;
[Adı qalsa da, məzmunu donuzların iradəsinə uyğun şəkildə mütəmadi dəyişdirilən Yeddi Prinsip isə xalqa deyil, hakimiyyətə xidmət edən sovet qanunları və Konstitusiya anlamına gəlir]

Fikir bildirmək istəyirsən?