Hippi

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 287
Cild Tipi:
Baxılıb: 3823 dəfə

11.90 AZN 10.70 AZN

    Hippi kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 11.90 AZN 10.70 AZN AZN'ə satılır. Endirimi ilə Hippi kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Hippi Kitabı Haqqında

    “Kitabda nəql edilən hadisələr mənim də başıma gəlib, özü də dəfələrlə”. Bu gün dünyaca məşhur olan yazıçı Paulo Coelhonun romanı bu sözlərlə başlayır. O vaxt – 70-ci illərdə isə o hələ yazıçı olmağı arzulayırdı, təhlükəli səyahətlərə çıxır, öz qorxuları ilə mübarizə aparırdı, bütün dünyada yayılan hippi hərəkatının azadlıq ruhunu canına çəkirdi. “Gözəgörünməz poçt” möhtəşəm hərəkatlardan və marşrutlardan xəbər verirdi. Yeni biliklər axtarışında olan gənclər mənəvi müəllimlərinin sorağına çıxır, “Hippi cığırları” ilə Maçu-Pikçuya (Peruda qədim şəhər), Tiauanakoya (Boliviyada qədim, sirli şəhər), Lxasaya (Tibetdə vilayət, Lxasa – “Allahların məskəni”) yol alırdı. Romanın qəhrəmanları Paulo və Karla 70 dollara yeni bir “Hippi cığırı” ilə Amsterdamdan (Niderland) Katmanduya (Nepal), macəralarla dolu çox qorxulu bir səfərə çıxırlar. Nədir bu cəsur gəncləri belə uzaq səfərə səsləyən? Başsız bir qəbilə nələr arzulayır? Doğma evlərindən ayrılmağa bunları nə vadar edir? “Əziz ata, mən bilirəm ki, sən istəyirsən, mən oxuyub diplom alım, amma bunu hər vaxt etmək olar, indi isə mənə həyat təcrübəsi lazımdır” – bu həmin gənclərin valideynlərinə yazdığı məktubdur. Gəlin, biz də onlara qoşulub arzuların arxasınca gedək. Uşaqlara xas olan sevinclərin ardınca, o yerlərə gedək ki, orada sən özünü xoşbəxt hiss edirsən, o yerdə ki, hər şey mümkündür, qəlbin də sevgi ilə doludur!

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov