Millətlər niyə tənəzzül edir?

Yazar: ,
Janr və Kateqoriya: , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 560
Cild Tipi:
Baxılıb: 5896 dəfə

15.99 AZN 14.39 AZN(BestSeller)

    Millətlər niyə tənəzzül edir? kitabı , tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 15.99 AZN 14.39 AZN AZN'ə satılır. Endirimi ilə Millətlər niyə tənəzzül edir? kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Millətlər niyə tənəzzül edir? Kitabı Haqqında

    Daron Acemoğlu və Ceyms Robinsonun “Millətlər niyə tənəzzül edir” kitabı son dövrlərin ən mühüm siyasi-iqtisadi bestsellerlərindən biridir və öz əhəmiyyətinə görə Semyuel Hantinqtonun, Cared Daymondun və Frensis Fukuyamanın tədqiqatlarına bərabər tutulur. Müəlliflər əsrlər boyunca tarixçiləri, iqtisadçıları və filosofları narahat edən bir suala cavab axtarırlar: dünyadakı ədalətsizliyin kökü nədədir? Niyə dünyamızın zənginliyi və sərvətləri ayrı-ayrı ölkələr və regionlara görə bərabər paylanmayıb? Bu suala bütün dövrlərə aid və qeyri-adi dərəcədə geniş tarixi materiallardan istifadə edilərək cavab verilir. Bu kitabı siyasi-iqtisadi fikirlərin əsl ensiklopediyası saymaq olar. Niyə bəzi ölkələr inkişaf edərək zəngin olur, digərləri isə daim tənəzzül və yoxsulluq içində çırpınır? Bu nədən asılıdır? Görəsən, Afrikanın yoxsul ölkələri bir gün, məsələn, İngiltərəni müstəmləkəyə çevirə bilərmi? Gücün, hakimiyyətin və inkişafın sirri nədədir? Bu suala müxtəlif cavablar verilir. Bəziləri zənginlik və yoxsulluğun meydana gəlməsində coğrafi şəraiti və iqlimi, digərləri milli, dini və kultural xüsusiyyətləri əsas amil sayır. Lakin eyni iqlim qurşağında yerləşsələr də, inkişaf səviyyəsi müxtəlif olan ölkələr çoxdur. Bəs, nə üçün eyni mədəniyyətə, eyni dəyərlərə sahib olan, lakin həyat standartlarına görə kəskin fərqlənən ölkələr mövcuddur? Deməli, məsələyə başqa cür yanaşmaq lazımdır. Müəlliflər “Niyə bəzi ölkələr zəngin, digərləri yoxsuldur?” şək­lin­də bir sual irəli sürüb, quldar cəmiyyətlər, feodalizm, müstəm­ləkəçilik, kapitalizm və sosializm haqqında geniş məlumatlar verərək maraqlı və düşündürücü bir tədqiqata başlayırlar. Sənaye İnqilabı niyə Bolqarıstanda deyil, İngiltərədə başladı? “Qara Ölüm” adlanan Vəba krallara, mülkədarlara, təhkimli kəndlilərə necə təsir etdi? Cəmiyyətlərdə elita ilə aşağı təbəqələr arasında dəyişən və dəyiş­məyən əlaqələr hansılardır? Bu suallara cavab tapmaq istəyirsinizsə, “Millətlər niyə tənəzzül edir” kitabını mütləq oxuyun. Oxuyun ki, dünyaya baxışınız dəyişsin.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov