Tereza Raken

Yazar:
Janr və Kateqoriya: , , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 256
Cild Tipi:
Baxılıb: 3437 dəfə

10.00 AZN 8.99 AZN

    Tereza Raken kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 10.00 AZN 8.99 AZN AZN'ə satılır. Endirimi ilə Tereza Raken kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Tereza Raken Kitabı Haqqında

    XIX əsr klassik fransız naturalist nəsrinin parlaq və ziddiyyətli simalarından biri olan Emil Zolyanın (1840-1902) “Tereza Raken” (1867) romanı 150 ildən artıq zaman ərzində müxtəlif dillərə tərcümə olunaraq, oxucular tərəfindən maraqla qarşılanıb. Ehtirasın doğurduğu cinayət və qatillərin cinayətdən sonrakı psixoloji sarsıntıları, peşmançılıq və özünə haqq qazandırmaq cəhdi roman boyu oxucunu arxasınca aparır. Romandakı sevgi, iki insanın bir-birinə öyrəşməyi üzərində qurulub. Xalası oğlu, xəstəhal və iyrənc Kamillə xalası xanım Rakenin istəyi əsasında evlənməyə məcbur olan Tereza ərinin dostu Loranın simasında sevginin və ehtirasın gerçək dadını çıxarmaq istəyir, amma arada divar kimi olan Kamill bu yaxınlığa böyük maneədir. Məşuqlar Kamilli aradan götürməklə azadlığa qovuşacaqlarını güman edirlər, lakin hər şey əksinə olur. Kamillin kabusu onları bir an belə rahat buraxmır və sonunda…

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov