Xəyanət

Yazar:
Janr və Kateqoriya: , , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 404
Cild Tipi:
Baxılıb: 11064 dəfə

7.99 AZN 7.20 AZN(BestSeller)

    Xəyanət kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 7.99 AZN 7.20 AZN AZN'ə satılır. Endirimi ilə Xəyanət kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Xəyanət Kitabı Haqqında

    Detektiv romanlar müəllifi Elxan Elatlının “Xəyanət” romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub.
    Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyatına, qadın-kişi münasibətlərinə, qısa müddətdə əyri yollarla varlanmaq istəyən qəddar adamların şeytani xislətinə və digər mövzulara da toxunulur.
    Gənc tələbə qız ata-anasına məktub yazaraq namusunun bir nazir tərəfindən ləkələndiyini bildirir və zəhər içib intihar edir. Təhqiqat başlayandan az sonra həmin nazirin özünü güllələməklə intihar etməsi xəbəri yayılır. Bundan sonra əsl psixoloji müharibə başlayır. Bu cinayətin izinə düşmüş xəfiyyəyə sui-qəsd edilir. Sui-qəsd cəhdini nazirin sağ əli olan adamın qulbeçəsi gerçəkləşdirsə də, o, tamam başqa bir ittihamla həbs edilir və tezliklə təcridxanada meyiti tapılır. Amma naməlum qüvvələr xəfiyyədən əl çəkmir və ona ikinci dəfə sui-qəsd edirlər. Ardınca mərhum nazirin arvadı dəhşətli qəzada ölür. Kələf isə açılmır ki, açılmır…
    Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov