Xəzinə axtaranların macəraları

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 192
Cild Tipi:
Baxılıb: 4712 dəfə

3.50 AZN

    Xəzinə axtaranların macəraları kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 3.50 AZN AZN'ə satılır. Endirimi ilə Xəzinə axtaranların macəraları kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Xəzinə axtaranların macəraları Kitabı Haqqında

    Edit Nesbit (1858-1924) ingilis yazıçısı və şairidir. O, uşaq ədəbiyyatı sahəsində onlarla əsərin müəllifidir. Onun özünəməxsus üslubda, sadə dildə və maraqlı süjetdə yazdığı uşaq romanları 100 ildən çoxdur ki, sevilə-sevilə oxunur. Öz dövrünün “İlk müasir uşaq kitabı yazarı” kimi tarixə düşən Edit Nesbitin əsərləri artıq dünya uşaq klassikasına çevrilmiş, bir çox dillərdə işıq üzü görmüşdür.

    “Xəzinə axtaranların macəraları” adlı bu romanı da Azərbaycan dilində ilk dəfə nəşr olunur. Romanda anası vəfat etmiş kiçik bacı-qardaşların başına gələn macəralardan bəhs edilir. Atalarına kömək etmək istəyən bu balacalar müxtəlif adamlarla və hadisələrlə qarşılaşır, hər dəfə başlarına maraqlı bir iş gəlir. Amma zəhmətləri də hədər getmir.

    Əsərdə müəllif oxucularına mehribanlıq, çalışqanlıq, qayğıkeşlik, böyüklərə hörmət kimi bir çox müsbət xüsusiyyətlər aşılayır. Müəllif eyni zamanda uşaqların elədikləri səhvləri və bu səhvlərin nəticələrini də göstərməklə bir mənada oxuculara yol göstərir.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov