Zamanın DAHA qısa tarixi

Yazar: ,
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 196
Cild Tipi:
Baxılıb: 4586 dəfə

9.00 AZN 8.10 AZN(BestSeller)

    Zamanın DAHA qısa tarixi kitabı , tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 9.00 AZN 8.10 AZN AZN'ə satılır. Endirimi ilə Zamanın DAHA qısa tarixi kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Zamanın DAHA qısa tarixi Kitabı Haqqında

    Kainat haqqında, həqiqətən, nə bilirik? Bunu necə bilirik? Kainat haradan gəlir və hara gedir? Bu suallar Stiven Hokinqin 1988-ci ildə nəşr edilən “Zamanın qısa tarixi” kitabının mövzusunu müəyyən etmişdi. Kitab “Sandey Tayms” qəzetinin bestsellerlər siyahısında 4 ildən çox qalmış və dünyadakı hər 750 nəfərdən biri bu kitabı oxumuşdu. Bu statistika müasir fizikanın ən çətin problemlərindən bəhs edən bir kitab üçün çox böyük uğur idi.
    “Zamanın daha qısa tarixi”, Stiven Hokinq və Leonard Mlodinov tərəfindən yazılmış, “Zamanın qısa tarixini”nin yenilənmiş və elmdəki son kəşflər nəzərə alınmaqla zənginləşdirilmiş versiyasıdır. Bu kitab müəyyən mənada “daha qısa” olsa da, əsas mövzuları əvvəlki kitabdan daha detallı izah edir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab, antik dövrlərdən günümüzdəki müasir kosmologiya anlayışına doğru inkişafı, müxtəlif elmi nəzəriyyə və anlayışları, Kainatın daha dərindən və bütünlükdə anlaşılması üçün elmin mümkün araşdırma istiqamətlərini oxucuya çatdırır.
    Kitab, Azərbaycan dilində nəşr olunan ilk elmi-populyar əsərdir.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov