Korluq

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 400
Cild Tipi:
Baxılıb: 7008 dəfə

12.00 AZN 10.80 AZN

    Korluq kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 12.00 AZN 10.80 AZN AZN'ə satılır. Endirimi ilə Korluq kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Korluq Kitabı Haqqında

    Hadisələr anonim bir ölkənin naməlum şəhərində baş verir. İnsanların kim olması vacib deyil. Bir gün avtomobili ilə işıqforda dayanan adı açıqlanmayan bir adam yaşıl işığın yanmasını gözləyərkən birdən kor olur. Ancaq bu adi korluq deyil. Çünki gözləri qaranlığa deyil, aydınlığa yəni ağa bürünür. Nə edəcəyinə təəccüblənən adam birbaşa xəstəxanaya gedir. Korluq təəssüf ki, yoluxucu olur. Onu müayinə edən həkim də bundan öz payını alır. Sonra bu xəstəlik bütün şəhəri öz təsiri altına almağa başlayır. Digər tərəfdən, hökumət kor olanları həbsxana kimi yerdə karantinə alır.

    Nəşr edildikdən sonra Avropada böyük ajiotaj yaradan əsərin arxa fonunda çox böyük ictimai-siyasi-mədəni tənqid dayanır. Təkcə ədəbi yaradıcılığı ilə deyil, siyasi fəaliyyəti ilə də seçilən, həyatının sonuna qədər kommunizmə, sol ideyalara sadiq qalan portuqal yazıçının bu romanı yeni dövrə, kapitalizmə və onun gətirdiyi naqisliklərə qarşı yazılmış ən möhtəşəm əsərlərdən biri sayılır. Amma ədəbi əsəri təkcə hansısa ideologiyanın çərçivələrində şərh eləmək də düzgün olmazdı.
    Dahiyanə «Korluq» romanını oxuyan istənilən dünyagörüşə sahib oxucu orada özü üçün faydalı, öz dünyasının qaranlıq bucaqlarına işıq salan fikirlərlə qarşılaşacaq. Bu roman müasir ədəbiyyatın şedevrlərindən biri sayılır.

     

     


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov