Relslər üzərinə uzanmış adam

Yazar:
Janr və Kateqoriya: , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 424
Cild Tipi:
Baxılıb: 13019 dəfə

12.00 AZN 10.80 AZN(BestSeller)

    Relslər üzərinə uzanmış adam kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 12.00 AZN 10.80 AZN AZN'ə satılır. Endirimi ilə Relslər üzərinə uzanmış adam kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Relslər üzərinə uzanmış adam Kitabı Haqqında

    Əsərin qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziy­yət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunmuşdur. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan və heç bir nəticə ala bil­mə­yən bu şəxs xilas yolunu yalnız intiharda görür. Beləliklə, relslər üzə­ri­nə uzanaraq ölüm qatarının gəlməsini gözləyir. Onun yüzlərlə in­ti­har for­ması arasından şüuraltı olaraq məhz relsləri seçməsi də səbəbsiz de­yildir.

    Relslər üzərində ölüm qatarını gözləyərkən yanına intihar üçün daha bir nəfər gəlir. Onun ağlına belə gəlməzdi ki, bu yad insan onu qaranlıq keç­mişi ilə bir daha üz-üzə qoyacaq və bu görüş həyatını tamamilə də­yişəcəkdir. Bu yad insanla o, bir-birilərinə daxili cəhənnəmlərinin qa­pı­sı­nı açacaq və bir-birilərini öz gizli aləmləri ilə tanış edəcəklər. Sonda o yad insan onu həyatının ən həlledici və dəhşətli seçimi qarşısında qo­ya­caq­dır. Özü də bir deyil, bir neçə amansız seçim…

    Bu annotasiya ilə tanış olan oxucu elə güman edə bilər ki, əsərin qəh­rə­manı relslər üzərinə uzanan bu şəxs və o yad insandır. Ancaq onların hər ikisi əsas hadisələrin başlanması üçün yalnız bir müqəddimədirlər. Ən dəhşətlisi isə budur ki, onlar baş verən bütün müsibətlərin həm də ən bö­yük qurbanlarıdır.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov