Rəqəmsal liderlik

Yazar: , ,
Janr və Kateqoriya: ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 324
Cild Tipi:
Baxılıb: 2988 dəfə

13.90 AZN 12.49 AZN

    Rəqəmsal liderlik kitabı , , tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 13.90 AZN 12.49 AZN AZN'ə satılır. Endirimi ilə Rəqəmsal liderlik kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Rəqəmsal liderlik Kitabı Haqqında

    Əgər rəqəmsallaşmaq sözünün sadəcə texnologiya, media və əyləncə sahələrinə aid olduğunu düşünürsünüzsə, bir daha düşünün. Əslində, mobil cihazlar, analitik təhlillər, social media, sensorlar və bulud hesablaması artıq bütün biznes landşaftımızı dəyişib. Rəqəmsal inkişaf dedikdə diqqətlər “Silikon vadisi”nin ulduzlarına və texnoloji startaplara yönəlir. Bəs iqtisadiyyatın 90 faizindən çoxunu əhatə edən bizneslər necə olsun?

    “Rəqəmsal liderlik” kitabında müəlliflər maliyyədən əczaçılığa qədər ənənəvi sənaye sahələrinə aid bir çox iri şirkətlərin rəqəmsallaşmadan necə istifadə etdiyini, rəqəmsal transformasiyaya aparan prinsipləri işıqlandırır. Onlar 400-dən artıq qlobal şirkətə (“Asian Paints”, “Burberry”, “Caesars Entertainment”, “Codelco”, “Lloyds Banking Group” “Nike”, “Pernod Ricard” və s.) araşdıraraq, rəqəmsal ustad olmaq üçün nəyin vacib olduğunu göstərir. Uğurlu transformasiya iki aspektdən təsvir edilir: rəqəmsal bacarıqlara harada investisiya qoymaq və transformasiyaya necə rəhbərlik etmək. Bu çərçivədə aşağıdakıları öyrənəcəksiniz:

    • Müştərilərinizlə daha yaxın olmaq
    • Əməliyyatları rəqəmsal şəkildə daha da genişləndirmək
    • Rəqəmsal vizyon yaratmaq
    • Rəqəmsal fəaliyyətlərinizi idarə etmək

    “Rəqəmsal liderlik” şirkətinizin yeni, rəqəmsal və qlobal iqtisadiyyat şəraitində ayaqda qalması və inkişaf etməsi üçün ehtiyac duyacağınız bir bələdçidir.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov